İranda Azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürülüb

admin
İranda Azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürülüb

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə onun anası Dilarə Əsgərova açıqlama yayıb. "Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib" – deyə Fəridin anası bildirib. O, oğluna verilən əsassız ittihamı bul etmədiklərini vurğulayıb. Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. Fərid Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Digər xəbərlər