Cənubi Afrika prezidentindən Putini həbs etməsi tələb olunur
Cənubi Afrika Respublikasının bir sıra şəhərlərində Vladimir Putinin həbsini tələb edən bilbordlar peyda olub.
"Operativ Media" xəbər verir ki , magistral yollar boyunca iri lövhələrdə prezident Ramafozadan rusiyalı həmkarı Putini həbsxanaya salması tələb edilib. Qeyd edək ki, avqustda Yohannezburqda keçiriləcək BRİCS ölkələrinin sammitində Vladimir Putinin də iştirak edəcəyi gözlənilir. Əgər Rusiya lideri sammitə qatılmağa qərar versə rəsmi Pretoriya dilemma qarşısında qalacaq. Çünki Beynəlxalq Ədalət Məhkəməsi Putinin həbsi üçün order verib. Qeyd edək ki, BRİCS ölkələrinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika aiddir.
Teqlər:
"Cənubi Afrika prezidentindən Putini həbs etməsi tələb olunur"