Baş Prokurorluqda gənc hüquqşünaslar üçün “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilir.
"Operativ Media" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı və Naxçıvan Dövlət Universitetlərinin, Milli Aviasiya Akademiyasının, “ADA” Universitetinin, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və digər tədris müəssisələrinin professor-müəllim heyəti və tələbələri iştirak edir.
Konfransa, həmçinin, tanınmış ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc prokurorluq işçiləri qatılıb.
Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələrinin düzülməsi ilə başlanan konfransda öncə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.