
Dekabr ayından bəri davam edən yeni müqavilə danışıqları heç bir nəticə verməyib və Marko Asensio "Real Madrid"dən ayrılmaq qərarına gəlib.
"Operativ Media" "The Atletic"ə istinadən xəbər verir ki, mövsümün sonunda "Real Madrid"lə müqaviləsi başa çatacaq ispaniyalı ulduz Marko Asensio müqaviləsini yeniləməmək və PSJ-yə ödənişsiz keçmək qərarına gəlib.
Adı "Barselona" və bir çox Premyer Liqa komandaları ilə də tanınan Asensio, gələn mövsümdən Fransa komandasında illik 10 milyon avroluq uzunmüddətli müqavilə ilə oynamağa razılaşıb.
Dekabr ayından etibarən "Real Madrid" rəhbərliyi ilə yeni müqavilə üçün danışıqlar aparan, lakin heç bir güzəştə getməyən Asensio 8 illik "Real Madrid" macərasına may ayında son qoymaq qərarına gəlib.
İspaniya millisinin də önəmli oyunçularından olan Asensio bu mövsüm Real Madridin heyətində 49 oyuna çıxıb, bu matçlarda 12 qol vurub, 8 məhsuldar ötürmə edib.
2015-ci ildə "Malyorka"dan "Real Madrid"ə transfer olan 27 yaşlı dünya şöhrətli futbolçu 2023-cü ilin yayında sərbəst qalacaq oyunçular arasında ən dəyərli adlardan biri kimi göstərilib.