http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Utilizasiya fondunu formalaşdırmaq üçün texniki baxışın rüsumu arta bilər”-Ekspert

02 İyun 2023 , 12:57
“Utilizasiya fondunu formalaşdırmaq üçün texniki baxışın rüsumu arta bilər”-Ekspert

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanuna dəyişikliyin edilməsi bu prosesin reallaşdırılması üçün ilk addımdır.

Bunu “Operativ Media”ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlayıb.

Ekspertin fikrincə, 70 ildən uzun müddətdir ki, ölkəyə avtomobil gəlir amma nə utilizasiya aparılır, nə də ölkədən çıxmır. İndiyə qədər avtomobillərin sıradan çıxarılmasının hüquqi bazası yox idi. Artıq bununla bağlı işlər görülür.

Avtomobilini utilizasiya üçün verən şəxsin nə qədər pul alması məsələsinə gəlincə isə:

“2024 cü ilə qədər bu  müzakirə olunacaq. Hələlik konkret məbləğ yoxdur. Burda avtomobilin buraxılış ilinə , vəziyyətinə, markasına görə dəyişəcək qiymət. Eyni zamanda dünya təcrübəsində istifadə edilən modellər əsasında formalaşdırılma aparılacaq.

Yasin Mustafayevin sözlərinə görə, birdəfəlik ödəmə ilə yanaşı stimullaşdırıcı amillər də olacaq. “Müəyyən güzəştlər olacaq. Məsələn vauçerlər verilə bilər. Vətəndaş güzəştli qiymətə və ya güzəştli kreditlə ala bilsin”-deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, avtomobillərin idxalı zamanı vətəndaşlardan alınacaq utilizasiya rüsumuna da aydınlıq gətirib. Yasin Mustafayev bildirib ki, utilizasiya prosesi fonda yığılan pul hesabına həyata keçiriləcək

“İstismar müddəti 4 ildən 7 ilə qədər olan idxal olunmuş avtomobillərdən 400 manat, 7 ildən artıq olan avtomobillərdən isə 700 manat rüsum alınması nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ dəqiq deyil. Bu istiqamətdə müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər. Dövlət indidən təminat alır ki, sonra avtomobilin utilizasiyası zamanı xərc çıxmasın. Burda texniki baxış üçün rüsumlar da arta bilər. Texniki baxış zamanı ödəniləcək vəsaitdən də həmin fond üçün ödəmə nəzərdə tutulacaq. “ deyə ekspert qeyd edib.

Qeyd edək ki, "İstehsalat və məət tullantıları haqqında" Qanunun 14-8-ci maddəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:

- utilizasiyası haqqı;

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- qanunla qadağan olunmayan digər mənbələr.
 
N
əqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

 

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Menyu