02 İyun 2023, 15:01
"Mançester Siti" 100 milyonluq müdafiəçi transfer edir
"Mançester Siti" 100 milyonluq müdafiəçi transfer edir şəkil
"Mançester Siti" 100 milyonluq müdafiəçi transfer edir

Premyer Liqa çempionluğunu qazanan və tarixində ilk Çempionlar Liqası kubokunu qazanmaq üçün İstanbulda "İnter"lə oynayacağı final matçına gözləyən "Mançester Siti" heyətini dünyaca məşhur müdafiəçi ilə gücləndirməyə hazırlaşır.

"Operativ Media" xəbər verir ki, Pep Qvardiolanın komandası "Leypsiq"in xorvatiyalı müdafiəçisi Yosko Qvardiolun transfer olunmasını istəyir.

"Leypsiq"də çıxış edən Kristofer Nkunku və Konrad Laimerin yay transfer dövründə müvafiq olaraq "Çelsi" və "Bavariya"ya transfer olunacağı, Qvardiolun isə şənbə günü komandasının "Ayntraxt Frankfurt"la oynayacağı kubokun finalından sonra klubu tərk etmək istəməsi ilə bağlı idarə heyətinə məlumat verəcəyi gözlənilir.

2022-ci il dünya çempionatında göstərdiyi performansla fərqlənən və cəmi 21 yaşı olmasına baxmayaraq dünyanın ən yaxşı müdafiəçilərindən biri kimi göstərilən Qvardiol üçün Almaniya komandasına 101 milyon avroluq təklif etməli olan "Mançester Siti" , bu transfer üçün heyətində müdafiəçilərdən birinin komandadan ayrılmasını gözləyir.

 Manuel Akanji, Ruben Dias, Con Stounz, Aymerik Laport və Natan Ake kimi 5 çox önəmli müdafiəçinin olduğu "Siti"də kiminlə yolların ayrılacağı da maraqla gözlənilir.

Son xəbərlər
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib
"Barselona"nın müdafiəçisi zədələndi
Putin İlham Əliyevi təbrik edib
Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib