Menyu

Hindistanda dəhşətli qəza baş verib - 50 ölü - YENİLƏNİB

Hindistanda dəhşətli qəza baş verib - 50 ölü - YENİLƏNİB

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı yenidən artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Hadisə nəticəsində 50 nəfər ölüb, 179 nəfərin isə xəsarət aldığı qeyd olunub.

20:42

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.

"Operativ Media" xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 100 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.

Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.

Teqlər:

"Hindistanda dəhşətli qəza baş verib - 50 ölü - YENİLƏNİB"

Əlaqəli Xəbərlər