Menyu

Bayden Britaniya və Danimarka baş nazirləri ilə görüşəcək

Bayden Britaniya və Danimarka baş nazirləri ilə görüşəcək

ABŞ prezidenti Co Bayden gələn həftə Britaniya və Danimarka baş nazirləri ilə görüşəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

Görüşdə Ukraynaya F-16 qırıcı təyyarələrinin verilməsi müzakirə olunacaq.

"Əlbəttə, bizi maraqlandıran və prezidentin bu təmaslar zamanı fikirlərini bildirmək istədiyi mövzulardan biri də Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarıdır" deyə Kirbi bildirib.

Danimarkanın baş naziri Mette Frederiksenin ABŞ-a səfəri iyunun 5-nə planlaşdırılıb. Böyük Britaniyanın baş naziri Rişi Sunakın iyunun 8-də ABŞ-a səfəri planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər