Masallıda sakini tanışına taxta parçası ilə ağır xəsarətlər yetirib.
"Operativ Media" xəbər verir ki, Əliağayev Məhərrəməli Siyab oğlu Masallı şəhəri Dadva küçəsində əvvəllər tanıdığı Yusubov Baloğlan Yusub oğlu ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlində olan istintaqa məlum olmayan taxta parçasını Baloğlan Yusubovun baş nahiyəsinə qəsdən atıb vuraraq sonuncuya baş beyinin sağ gicgah və sol alın payının hemorragik əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid və digər bədən xəsarətləri yetirib.
Faktla bağlı Masallı rayon polis şöbəsində cinayət işi açılıb.