Ana səhifə / İdman / Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi 04.06.2023, 11:05 Əziz Əzizli Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib. "Operativ Media" xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Start heyətdə meydana çıxan Sadıqov 61-ci dəqiqədə əvəzlənib. Sarı vərəqə limitini dolduran Quliyev isə mövsümün son matçının iştirakçısı olmayıb. “Ximki” mövsümü 18 xalla 16 kollektiv arasında 15-ci pillədə başa vurub və Premyer Liqa ilə vidalaşıb. Teqlər: "Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi"