
İtaliya A Seriyasında 2022-2023 mövsümü başa çatıb.
İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günü bir matç keçirilib. "Fiorentina" səfərdə "Sassuolo" ilə qarşılaşıb və 3:1 hesabıyla qələbə qazanıb.
İkinci oyun günündə əsas rəqabət ikincilik uğrunda mübarizə aparan "Latsio" və "İnter" komandaları arasında olub. Hər iki komanda səfərdə qələbə qazansa da, "Latsio" çempionatı 74 xalla 2-ci pillədə bitirib. "İnter" isə 72 xalla 3-cü olub. Turun digər oyunları iyunun 4-də keçirilib.
Qeydə alınan nəticələrdən sonra Napoli, Latsio, İnter və Milan Çempionlar Liqasına qatılacaq. Yuventus Konfrans Liqasına vəsiqəni təmin edib. Atalanta və Roma Avropa Liqasında mübarizə aparacaq. “Sampdoriya”, “Kremoneze” və “Verona” A Seriyasını tərk edib.
İtaliya A Seriyası
2 iyun
Sassuolo - Fiorentina 1:3
Qollar: D.Berardi, 71 - A.Kabral, 46, R.Saponara, 79, N.Qonsales, 83,
3 iyun
Torino - Inter 0:1
Qol: M.Brozoviç, 37
Kremoneze - Salernitana 2:0
Qollar: K.Buonayuto, 26, S.Frank, 88
Empoli - Latsio 0:2
Qollar: R.Alessio, 48, L.Alberto, 90
4 oyun
Napoli - Sampdoriya 2:0
Qollar: Osimhen, 64 (p), Simeone, 85
Milan – Verona 3:1
Qollar: Jiru, 45+1 (p). Leao, 85; 90+1 – Faraoni, 72
Roma – Spetsiya 2:1
Qollar: Zalevski, 43, Dibala, 89 (p) – Nikolau, 6
Udineze – Yuventus 0:1
Qol: Kyeza, 68.
Atalanta – Montsa 5:2
Qollar: Koopmeyners, 12; 45+1, 79. Hoylund, 74, Muriel, 90+2 – Kolpani, 51, Petanya, 81
Leççe – Bolonya 2:3
Qollar: Banda, 17, Udin, 88 – Arnautoviç, 58, Zirkze, 81, Ferquson, 90+7