Fransa polisi sabahkı ümumxalq mitinqinə hazırlaşır
Fransa Daxili İşlər Nazirliyi sabah ölkə boyu pensiya islahatına qarşı keçiriləcək nümayişlər zamanı asayişi təmin etmək üçün 11 min polis və jandarm göndərəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib. "Xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakı gözlənilir. Buna görə də Parisdə 4 min polis nümayişçiləri izləyəcək" – deyə nazir bəyan edib. “Le Figaro” qəzeti sabah bütün Fransada pensiya islahatına qarşı etirazlarda 400-600 min nəfərin iştirakının gözlənildiyini açıqlayıb. Bunlardan 40-70 min nəfəri Parisdə toplaşacaq.