Polşada keçmiş baş nazir Donald Tuskun tərəfdarları küçələrə axışıb.
"Operativ Media" xəbər verir ki, etirazlara səbəb prezident Anjey Dudanın təşəbbüsü ilə iyunun 2-də qəbul edilmiş və istənilən şəxsin dindirilməsinə imkan verən qanun olub. Dövlət başçısının iqamətgahının yanından keçən etirazçılar “Hamınız həbs olunacaqsınız” şüarını səsləndiriblər. Ən böyük yürüşlər Varşava və Krakovda keçirilib. Aksiyalarda yarım milyondan çox insan iştirak edib. İzdiham səbəbindən Varşava metrosu iflic olub. Yürüş iştirakçılarının çoxu velosipedlə məkana gəlib. Varşava polisi müxalifətin mitinqinin insidnetsiz keçdiyini bildirib.