İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Atom Enerjisi Agentliyinin İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarını tənqid edib.
"Operativ Media" xəbər verir ki, İsrail hökumətinin başçısı bu qərarı “İranın təzyiqi altında edilən güzəşt” və “təşkilatın tarixindəki qara ləkə” adlandırıb. “İran Beynəlxalq Atom Enerjisi Agentliyinə yalan danışmağa davam edir”, - deyə Netanyahu vurğulayıb. Xatırladaq ki, mayın 30-da agentlik İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı dayandırıb. Halbuki, hələ fevral ayında qurumun müfəttişləri müntəzəm yoxlama nəticəsində İranın təxminən 84% zənginləşdirilmiş uran aldığını aşkar ediblər.