Menyu

PKK tərəfdarları İsveçin NATO-ya üzvlüyünə qarşı etiraz aksiyası keçirib

PKK tərəfdarları İsveçin NATO-ya üzvlüyünə qarşı etiraz aksiyası keçirib

İsveçdə PKK tərəfdarları NATO üzvlüyünə qarşı etiraz aksiyası keçirib.

"Operativ Media" xəbər verir ki, Stokholm küçələrində yürüş edən 500-ə qədər PKK tərəfdarı iyunun 1-dən qüvvəyə minən antiterror qanununa etiraz ediblər. Qeyd edək ki, aksiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun baş katibi Yens Stoltenberqi qəbul etməsindən sonra başlayıb. İsveç polisi aksiyaya müdaxilə etməyib. Qeyd edək ki, İsveçin Alyansa tamhüquqlu üzv ola bilməsi üçün 31 NATO ölkəsi sənədi ratifikasiya etməlidir. Bunu isə hələlik Türkiyə və Macarıstan etməyib.

Teqlər:

"PKK tərəfdarları İsveçin NATO-ya üzvlüyünə qarşı etiraz aksiyası keçirib"

Əlaqəli Xəbərlər