Aleksey Navalnının tərəfdarları Moskvada aksiya keçirib.
"Operativ Media" xəbər verir ki, onlar 47 yaşını həbsxanada qeyd edən müxalifət liderinə azadlıq tələb ediblər. Onlardan bəziləri pankartlar qaldırıb, bəziləri oturaq aksiya keçirib, bir qismi isə qraffitilər çəkib. Polis aksiyaya müdaxilə edib. Azı 45 etirazçı saxlanılıb.