Türkiyə Silahlı Qüvvələrinin 65-ci piyada briqadası Kosovanın şimalına çatıb. Bununla bağlı görüntüləri Türkiyənin milli müdafiə nazirliyi paylaşıb. Bildirilib ki, türk komando birlikləri Kosovanın şimalında baş verən gərginliklərlə bağlı NATO-nun xahişi ilə bölgəyə göndərilib. Türk əsgərinin sayı dəqiq bildirilməsə də 500-ə qədər mehmetciyin Kosovada sabitliyin bərqərar olunmasına töhvə verəcəyi deyilir. Qeyd edək ki, 3800 əsgərdən ibarət olan NATO-nun Kosova missiyasının tərkibində 300 Türkiyə hərbçisi xidmət göstərir. Xatırladaq ki, bir neçə gün qabaq Kosovanın şimalında etnik serblərlə baş verən toqquşma nəticəsində 11 İtaliya və 19 Macarıstan əsgəri yaralanmışdı.