"Qarabağ"dan ayrılan Ramil Şeydayev Taylandın "Buriram Yunayted" klubuna keçib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın "Sport Ekspress" nəşri məlumat yayıb. Şeydayevin Tayland təmsilçisində illik 750 min avro qazanacağı bildirilib.
Ramil "Qarabağ"la ötən mövsüm Azərbaycan Premyer Liqasında 35 oyuna 22 qol vurub. 27 yaşlı forvard Azərbaycan yığmasının da üzvüdür.






