Türkiyəli hücumçu karyerasını bitirdi
Əziz Əzizli
"Fortuna Sittard"la yollarını ayıran təcrübəli hücumçu Burak Yılmaz keçirdiyi mətbuat konfransında futbolçu karyerasını bitirdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Hollandiyanın "Fortuna Sittard" komandası ilə vidalaşan Burak Yılmaz karyerasını bitirərək yeni səhifə açmağa hazırlaşır.
Klub səviyyəsində 555 oyun keçirən Burak Yılmaz 267 qol vurub, 77 məhsuldar ötürmə edib.
Türkiyə milli komandasının formasını da 77 oyunda geyinən Burak Yılmaz 31 qolla millinin tarixində ən çox qol vuran 2-ci futbolçu kimi tarixə düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net