Menyu

Ukrayna ordusu bəzi ərazilərdə Rusiya ordusunu geri çəkilməyə məcbur edib

Ukrayna ordusu bəzi ərazilərdə Rusiya ordusunu geri çəkilməyə məcbur edib
1 dəq oxu

Ukrayna Silahlı Qüvvələrinin Cənubi Donetsk istiqamətində hücumu dayandırılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

"Operativ Media" xəbər verir ki, “Ukrayna ordusu 1500-dən çox hərbçisini itirib. Məhv edilən 28 tankdan 8-ni Almaniya istehsalı olan "Leopardlar", 3-ü isə Fransa istehsalı olan AMX-10 tankı təşkil edir” – deyə məlumatda bildirilib. Ukrayna müdafiə nazirliyi isə şərq cəbhəsində əks-hücum əməliyyatının uğurlu olduğunu açıqlayıb. Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında 1,5 km-dən çox irəliləyərək Baxmutun cənubundakı dominant yüksəklikləri tutublar, nəticədə Rusiya ordusu müdafiəyə keçmək məcburiyyətində qalıb. Ukrayna prezident Vladimir Zelenski axşam videomüraciətində əks-hücum əməliyyatı barədə danışıb. “Rusiya Ukrayna hərbçilərinin Donetsk bölgəsindəki uğurlarını isterik şəkildə qəbul edir. Düşmən bilir ki, Ukrayna qalib gələcək. Onlar bunu xüsusən Donetsk vilayətində hiss edirlər" – deyə Zelenski vurğulayıb.

Əlaqəli Xəbərlər