Ukrayna taxılının tədarükünə qoyulan qadağanın müddəti uzadılıb
Avropa Komissiyası Ukrayna taxılının Şərqi Avropa ölkələrinə tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb.
"Operatriv Media" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd edilib. “Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan kimi məhsulların Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan başqa bütün ölkələrə istehlak və ya emal üçün Avropa İttifaqı ərazisinə idxal edilməsi hələ də zəruridir”, - deyə sənəddə bildirilir. Qərarın müddətinin uzadılması Ukrayna ilə qonşu olan ölkələrin bazarlarında yerli istehsalı təhlükə altına alan Ukrayna taxılının ciddi şəkildə çoxalması ilə bağlıdır. Xatırladaq ki, Mayın 2-də Avropa Komissiyası 5 dövlətin hökumətlərinin ciddi təzyiqi ilə Ukraynadan taxıl tədarükünə qadağa qoyub.
Teqlər:
"Ukrayna taxılının tədarükünə qoyulan qadağanın müddəti uzadılıb"