Bu il həcc ziyarətində 2,6 milyon zəvvar iştirak edəcək
Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının yerli informasiya agentlikləri rəsmi qurumlara istinadla xəbər yayıb. Qeyd edilib ki, Səudiyyə Ərəbistanı qarşıdan gələn Həcc mövsümü ərəfəsində ən böyük əməliyyat planını açıqlayıb. COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq zəvvarların sayına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu il Həcc ziyarətində iştirak edəcəyi gözlənilən milyonlarla zəvvarlara kömək etmək üçün rekord sayda - 14 min heyət üzvü, eləcə də 8 mindən çox könüllü fəaliyyət göstərəcək. Müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net