Hindistanda hindularla ekoloji fəallar üz-üzə gəlib
Hindistanda hindularla ekofəallar üz-üzə gəlib.
"Operativ Media" xəbər verir ki, ölkənin ən çirkli çaylarından biri olan “Yamuna”da ayinlər icra edən və paklanan hindular ekoloji fəalların etirazları ilə qarşılaşıb. Müxtəlif şüarlar yazılmış pankartlar qaldıran və şüarlar səsləndirən aktivistlər dünya ictimaiyyətinin diqqətini Yamuna çayındakı çirklənməyə yönəldiblər. Onlar çayın sahili boyunca “insan zənciri” yaradıblar. Hindular isə buna məhəl qoymadan ayinlərini icra ediblər. Qeyd edək ki, hindular bu çaya qarın simvolu olaraq ağ köpüklər – zəhərli kimyəvi maddələr buraxırlar.