Karlo Ançelotti Benzemanın gedişindən məmnundur

Əziz Əzizli
Karlo Ançelotti Benzemanın gedişindən məmnundur

Karlo Ançelotti Benzemanın gedişinin planlarında olduğunu, həmçinin hücumçu transferi üçün kifayət qədər vaxtlarının olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 14 ildən sonra İspaniya nəhəngi ilə vidalaşan Kərim Benzemanın gedişini dəyərləndirib. Fransız hücumçu "Əl İttihad"a qoşulmağa hazırlaşarkən, Ançelotti Benzema'nın gedişinin onun planları daxilində olduğunu söyləyib.

"Benzemanın qərarı "Real Madrid"in illər əvvəl başlatdığı keçid prosesinin bir hissəsidir. Diqqətlə düşünmək və nə etmək istədiyimizə qərar vermək üçün vaxtımız var. İnanıram ki, gələn il rəqabətədavamlı bir heyətə sahib olacağıq. Hücum zonasına müdaxilə etməliyik və biz çox vaxtımız var."

Digər xəbərlər