06 İyun 2023, 10:34
Luçesku "Fənərbağça"ya yox dedi

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku "Fənərbağça"ya rəhbərlik etməkdən imtina edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul təmsilçilərinin nümayəndələri Luçesku ilə görüşüb və ona baş məşqçilik təklifi edib. Mütəxəssis müqaviləsinin sonuna qədər "Dinamo"da qalmaq istədiyi üçün təklifə "yox" deyib.
77 yaşlı çalışdırıcı 2020-ci ilin yayından Kiyev klubuna rəhbərlik edir. Onun sözləşməsi 2024-cü ilin iyununa qədərdir.
Luçesku daha əvvəl Türkiyədə "Qalatasaray" və "Beşiktaş"a rəhbərlik edib.