Bu gecə Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladılıb.
"Operativ Media" xəbər verir ki, məlumatı Ukrayna SQ-nin “Cənub” operativ komandanlığı da təsdiqləyib.
Qeyd edək ki, Xerson şəhər administrasiyasının rəhbəri Aleksandr Prokudin su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsini elan edib. Xerson vilayətinin sağ sahilində kritik zonada 16 min nəfər var. Artıq bəzi əraziləri su basıb.
Verilən mlumata görə, həmin yaşayış məntəqələrinin əhalisinin təxliyəsi hazırlanır. Onlar Nikolayev şəhərinə köçürüləcək.