Menyu

Haitidə daşqın nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Nərmin Qocamanlı
Haitidə daşqın nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Haitidə leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 42-yə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Məlumata görə,  daşqınlar nəticəsində 85 nəfər yaralanıb.

Ölkədə leysan yağışlar nəticəsində 37 min nəfərin zərər çəkdiyi, 13 mindən çox insanın evsiz qaldığı, 11 nəfərin itkin düşdüyü bildirilib. 

Teqlər:

"Haitidə daşqın nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb"

Əlaqəli Xəbərlər