Menyu

Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin hava məkanına daxil olduğunu açıqlayıb

Nərmin Qocamanlı
Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin hava məkanına daxil olduğunu açıqlayıb

Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Bölgəsinə (KADIZ) daxil olduğunu bildirib.

"Operativ Media" Yonhap agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Çin və Rusiya döyüş təyyarələrinin yerli vaxtla 11:52-13:49 arasında KADİZ bölgəsinə daxil olduğu bildirilib.

Açıqlamada təyyarələrin Cənubi Koreyanın hava məkanını pozmadığı, sözügedən təyyarələrin bir-birinin ardınca bölgəni tərk etdiyi bildirilib.

 

Teqlər:

"Cənubi Koreya 4 Çin 4 Rusiya döyüş təyyarəsinin hava məkanına daxil olduğunu açıqlayıb"

Əlaqəli Xəbərlər