Menyu

Dünyanın ən bahalı 100 futbolçusunun siyahısı açıqlanıb

Əziz Əzizli
Dünyanın ən bahalı 100 futbolçusunun siyahısı açıqlanıb

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland qərarlaşıb. 23 yaşlı futbolçunun transfer qiyməti 245,1 milyon avro göstərilib.

Braziliya yığmasının və “Real”ın vingeri Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və “Arsenal”ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk 10-luqda Dortmund “Borussiya”sından Çud Bellingem (190,2), “Real”dan Rodriqo (184,5), “Barselona”dan Pedri (178) və Qavi (174,1), “Bayern”dən Camal Musiala (170,2), “Mançester Siti”dən Fil Foden (166,8), PSJ-dən Kilian Mbappe (163,2) də var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər