Kristof Qaltye ilə yollarını ayırmaq qərarına gələn PSJ alman çalışdırıcı ilə masa arxasına oturub.
"Operativ Media" L'eqip nəşrinə istinadən xəbər verir ki, Fransa Liqasında çempion olmasına baxmayaraq, Çempionlar Liqasındakı uğursuzluqdan sonra təcrübəli çalışdırıcı Kristof Qaltye ilə yollarını ayırmağa qərar verən PSJ, "Bavariya"dan ayrıldıqdan sonra heç bir təklifi qəbul etməyən Julian Nagelsmannla masa arxasına oturub.
Nagelsmannla ilk danışıqlar həftələr əvvəl başlasa da, gənc məşqçi bu prosesdə "Çelsi" və "Tottenhem"in təkliflərini rədd edib.
"Bavariya"nın çempionluq yarışında "Dortmund"dan geri qalması nəticəsində qovulan Nagelsmann bir müddət əvvəl Fransa futbolunun əfsanəvi adlarından olan Tieri Anri ilə görüşmüşdü.
Anrinin PSJ-də Nagelsmannın köməkçisi olacağı gözlənilsə də, tərəflər arasında anlaşma qısa zamanda tamamlanacaq.
1,5 mövsüm çalışdırdığı "Bavariya"da bir Bundesliqa və iki dəfə Almaniya Superkubokunu qazanan 35 yaşlı gənc çalışdırıcı əvvəllər ölkəsinin "Hoffenhaym" və "Leyptsiq" komandalarında çalışıb.






