Menyu

Almaniya kanslerinin Vladimir Putinlə telefonla danışığı gözlənilir

Almaniya kanslerinin Vladimir Putinlə telefonla danışığı gözlənilir

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə növbəti telefon danışığı etmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, kansler bu barədə çərşənbə axşamı RTL telekanalına müsahibəsində bildirib.

Kanalın xəbərinə görə, “Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmağı planlaşdırdığını bildirib, çünki o, uzun müddətdir ki, bunu etmir. Hərçənd ki, indi uyğun vaxt deyil”.

Bundan əvvəl həm kanslerin özü, həm də mətbuat xidmətinin nümayəndələri vurğulamışdılar ki, Moskva ilə ikitərəfli təmaslara ehtiyac var və Berlin onları davam etdirmək istəyir.

Şolts və Putin telefonla sonuncu dəfə 2022-ci il dekabrın 2-də danışıblar.

Teqlər:

"Almaniya kanslerinin Vladimir Putinlə telefonla danışığı gözlənilir"

Əlaqəli Xəbərlər