Menyu

Finlandiya 9 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxardı

Finlandiya 9 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxardı

Finlandiya Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarıb.

“Operativ Media” xəbər verir ki, bu haqda Finlandiya Prezident Administirasiyası açıqlama yayıb.

Açıqlamada Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatın casusluqda iştirak etdikləri səbəbi ilə ölkədən çıxarıldığı bildirilib.

Bildirilir ki, rusiyalı diplomatların hərəkətləri diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozur.

Qeyd edək ki, rusiyalı diplomatlarla bağlı qərar Finlandiya prezidenti Sauli Niinisto ilə nazirlər kabinetinin ölkənin xarici və təhlükəsizlik siyasəti ilə bağlı görüşündə verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər