Rusiyada surroqat sidrdən ölənlərin sayı 32 nəfərə çatıb
Rusiyada surroqat sidrindən zəhərlənənlərin sayı 90-a çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İyunun 6-da saat 20:00-a olan əməliyyat məlumatlarına görə, Rusiya Federasiyasının təsis qurumlarında surroqat alkoqoldan zəhərlənmə qurbanlarının ümumi sayı 90 nəfər, o cümlədən 4 azyaşlı və bir hamilə qadındır.
“Vəziyyəti son dərəcə ağır olan 4 xəstə, ağır dərəcəli 30 xəstə, orta ağır dərəcəli 26 xəstə Ulyanovsk, Samara, Nijni Novqorod, Penza vilayətlərinin, Udmurtiya Respublikası və Çuvaş Respublikasının tibb müəssisələrində stasionar müalicə alır”, - deyə nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyi qeyd edib ki, zərərçəkənlərə lazımi tibbi yardım tam həcmdə göstərilir. “Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin, Rusiya Səhiyyə Nazirliyinin Rusiya Uşaq Klinik Xəstəxanasının və V.İ.Kulakov adına Milli Tibbi Tədqiqat Mamalıq, Ginekologiya və Perinatologiya Mərkəzinin mütəxəssisləri tərəfindən 20-dən çox teletibb konsultasiyası keçirilib".
Regional hakimiyyət orqanlarının və səhiyyə nazirliklərinin məlumatına görə, ümumi zəhərlənənlərdən 32-si ölüb. Ən çox zərər çəkənlər Ulyanovsk vilayətində olub, burada səlahiyyətlilər 51 zəhərlənmə hadisəsi, o cümlədən 20 ölüm faktını bildiriblər.