Menyu

İran yeni hipersəs raketini nümayiş etdirib

İran yeni hipersəs raketini nümayiş etdirib

İran yerli istehsal hipersəs raketini təqdim edib.

"Operativ Media" xəbər verir ki, görüntülər İran dövlət televiziyasında yayımlanıb. Bildirilib ki, səsdən 15 dəfə çox sürətlə hərəkət edən “Fəttah” raketi istənilən hədəfi vurmağöa qadirdi. Hətta raketin bütün regional hava hücumundan müdafiə sistemlərini yara bildiyi iddia edilib. Mərasimdə çıxış edən İran İnqilab Keşikçiləri Aerokosmik diviziyasının komandiri general Əmir Əli Hacızadə raketin 1400 kilometr məsafə qət etdiyini açıqlayıb. Daha sonra çıxış edən prezident İbrahim Raisi İranı “region ölkələri üçün davamlı təhlükəsizlik və sülhün lövbəri” adlandırıb.

Teqlər:

"İran yeni hipersəs raketini nümayiş etdirib"

Əlaqəli Xəbərlər