07 İyun 2023, 09:40
"Milan" fransalı hücumçunu istəyir
"Milan" fransalı hücumçunu istəyir şəkil
"Milan" fransalı hücumçunu istəyir

Zlatan İbrahimoviç futbolu buraxdıqdan sonra "Milan" hücumçu axtarışlarına başlayıb və gözlərini Markus Tyurama dikib.

İqtisadiyyat.az xəbər verir ki, Seriya A-da çempionluq hədəfinə çata bilməyən "Milan" idman direktoru Paolo Maldini ilə yollarını ayırarkən, bir yandan da transfer çalışmalarını sürətləndirib. "Qırmızı-qaralar"ın Almaniyanın "Borussiya Mönhenqladbax" komandasında çıxış edən fransalı hücumçu Markus Tyuramla maraqlandığı iddia edilib.

Müqaviləsinin müddəti başa çatacaq Tyuram, Zlatan İbrahimoviçin futbolu tərk etməsindən sonra hücumçu rotasiyasında qalan boşluğu dolduracağı düşünülür.

Digər hücumçu Olivye Jiru sentyabrda 37 yaşını tamamlayacağı üçün bu mövqeyi gücləndirməyi hədəfləyən "Milan" bu mövsüm Bundesliqada 13 qol və 6 məhsuldar ötürmə edən 25 yaşlı oyunçunu pulsuz olaraq heyətinə qatmaq istəyir.

Seriya A-da “Parma” və “Yuventus” formaları ilə əfsanəvi olan unudulmaz müdafiəçi Lilian Tyuramın oğlu Markusu baş məşqçi Stefano Pioli də bəyənir.

Fransa milli komandasında da çıxış edən Markus, müqaviləsi bu yay başa çatacaq oyunçular arasında ən dəyərlilərdən biri kimi göstərilir.

"Soşo" akademiyasında yetişən ulduz futbolçu ölkəsində son dəfə "Guingamp" komandasının formasını geyinib və 2018-2019-cu illərdə vurduğu 9 qoldan sonra Bundesliqaya keçərək ilk mövsümündə 10 qol vurmağı bacarıb.

Son xəbərlər
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər
ABŞ-də güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub