Menyu

Məşhur brendlər ilk dəfə nə istehsal ediblər?

Nərmin Qocamanlı
Məşhur brendlər ilk dəfə nə istehsal ediblər?

Daha çox telefon markası kimi tanıdığımız "NOKİA"nın ilk dəfə tualet kağızı istehsal edərək fəaliyyətə başladığını bilirdinizmi?

Əgər bilmirsinizsə gəlin bunlardan bir neçəsinə birlikdə nəzər salaq.

"Operativ Media" xəbər verir ki, Yaponiyanın məşhur brendlərdən biri olan "SONY" ilk dəfə düyü bişirən avadanlıq istehsal edərək fəaliyyətə başlayıb. Cənubi Koreya brendi olaraq yaranan və hazırda dünyanın ən məşhur markalarından biri olan "Samsung" ilk dəfə ərzaq mağazası olaraq fəaliyyət göstərib. Danimarkada yaradılan oyuncaq şirkəti olan "Lego" ilk dəfə taxta oyuncaqlar istehsal edib. İtaliyada yaradılan məşhur avtomobil brendi "Lamborghini" ilk dəfə traktor istehsal edib. Almaniyanın məşhur avtomobil brendi olan "BMW" ilk dəfə təyyarə mühərriki istehsal edərək fəaliyyətə başlayıb. Koreyanın məşhur elektronika brendi olan "LG" isə ilk dəfə üz kremi istehsal edib.

Günümüzün ən məşhur içki bredi olan "Coca-Cola" ilk dəfə şərbət istehsal edib. Uşaqdan böyüyə demək olar ki, hər kəsin sevimlisi olan "McDonalds" ilk dəfə hotdoq bişirməklə fəaliyyətə başlayıb.

Kosmetika markası kimi tanıdığımız "Loreal" ilk dəfə saç boyası, "Colgate" isə ilk dəfə sabun və şam istehsal edib.

 

 

Teqlər:

"Məşhur brendlər ilk dəfə istehsal ediblər?"

Əlaqəli Xəbərlər