Su elektrik stansiyasının dağıdılması Ukraynanın hücumunu ləngidəcək
Kaxovskaya su elektrik stansiyasındakı vəziyyət Ukraynanı əks-hücum üçün bəzi planlarını dəyişməyə məcbur edə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Daşqınlar ərazidəki körpülərə və yollara təsir edib, ona görə də onlar əvvəlcədən planlaşdırıldığı kimi istifadə oluna bilməyəcək”, - deyə kanal Avropa ölkələrindən birinin Vaşinqtondakı adı açıqlanmayan səfirinin sözlərindən sitat gətirib. Araşdırmada qeyd olunur ki, ABŞ hakimiyyəti və qərb kəşfiyyatı Kaxovskaya su elektrik stansiyasına raket hücumunun arxasında kimin dayandığını araşdırmaqda davam edir.
Bundan əvvəl “The Washington Post” yazıb ki, ABŞ administrasiyası Ukraynanın bazar ertəsi əks-hücum əməliyyatına başladığına inanır və onların əsas məqsədi Krımı və Rusiyanın nəzarəti altında olan digər əraziləri birləşdirən quru dəhlizini kəsməkdir. Çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, üç gün ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin "çoxdan vəd edilən hücumu"na dair bütün cəhdləri dəf edib, Ukrayna tərəfinin itkiləri isə 3715 nəfər, 259 zirehli texnika, 134 texnika, 48 sahə artilleriya qurğusu, həmçinin 60 təyyarə olub deyə açıqlamada bildirilir.
Teqlər:
"Su elektrik stansiyasının dağıdılması Ukraynanın hücumunu ləngidəcək"