Premyer Liqa təmsilçisi "Çelsi" PSJ-nin ulduzu Neymarı digər nəhənglərin əlindən almağı planlaşdırır.
"Operativ Media" xəbər verir ki, braziliyalı hücumçu Liqa 1 çempionu üçün əla formada idi. Ümumilikdə 29 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə verib.Lakin fevral ayında topuqdan aldığı zədə bütün planları pozdu. O, mövsümün qalan hissəsi üçün formasından kənarda qaldı.
PSJ ilə onun müqaviləsi olsa da, azarkeşlər onun klubda qalmasını istəmirlər.
Qeyd edək ki, "Nyukasl" və "Mançester Yunayted" də Neymarı transfer etmək istəyən klublar arasındadır.
Premyer Liqadakı çətin mövsümdən sonra "Çelsi"nin yeni meneceri Maurisio Poçettino, əvvəllər, 2021-22 mövsümündə PSJ-də çalışdığı ulduzu komandasında görmək istəyir.
"Çelsi" gələn mövsüm Çempionlar Liqasında oynamayacağı üçün Neymarın Londona gedib-getməyəcəyi hələ bəlli deyil.
Braziliyalı futbolçunun PSJ-dən ayrılacağı təqdirdə “Mançester Yunayted”ə keçmə ehtimalının yüksək olduğu da bildirilir.






