ABŞ viza rüsumunu artırır
ABŞ-a səfər etmək istəyənlər üçün viza rüsumu 25 dollar artırılır.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, artım cari ilin iyunun 17-dən tətbiq olunacaq.
"ABŞ vizası üçün müraciət edənlərin nəzərinə: 17 iyun 2023-cü il tarixində ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq", - deyə səfirliyin məlumatında qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net