İtaliya sahil mühafizəsi İon dənizi sahillərində bir neçə xilasetmə əməliyyatı keçirib.
"Operativ Media" xəbər verir ki, nəticədə 4 müxtəlif qayıqdan ümumilikdə 1400 miqrant xilas edilib. Daha bir xilasetmə əmliyyatı isə Aralıq dənizində həyata keçirilib. Burada isə 2-si uşaq olmaqla 47 miqrant xilas edilib. Onlar ən yaxın limanlara gətiriliblər. Qeyd edək ki, miqrantlar barədə - onların milliyyəti, hansı sığınacaqlara yerləşdirildikləri və gələcək taleləri barədə heç bir məlumat verilməyib.