Menyu

Roma papası əməliyyat olunub

Roma papası əməliyyat olunub

Roma Papası Fransiskin cərrahiyyə əməliyyatı uğurlu keçib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb. Əməliyyat Roma klinikasında ümumi narkoz altında həyata keçirilib. Papa qarın nahiyəsindən əməliyyat olunub və proses 3 saat davam edib. Xəstəxananın qarşısında Papanın ağ avtomobili diqqət çəkib. Xəstəxanaya aparılmazdan qabaq Fransisk inanclılarla görüşüb. Həkimlər pontifikin tam sağalana qədər xəstəxanada qalacağını açıqlayıblar. Cərrahın sözlərinə görə Papanın səhhəti yaxşıdır, “artıq o oyanıb və hətta zarafat da edir.” Xatırladaq ki, Papa daha əvvəl martın 29-da Romada xəstəxanaya yerləşdirilmiş, aprelin 2-də evə buraxılmışdı. O vaxt həkimlər ona respirator infeksiya diaqnozu qoymuşdu.

Teqlər:

"Roma papası əməliyyat olunub"

Əlaqəli Xəbərlər