Avropa iqtisadiyyatının lokomotivi təhlükə altındadır
“İşçi qüvvəsi çatışmazlığı Almaniyanın iqtisadi artımını təhdid edir”.
"Operativ Media" xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentlik bildirib ki, ölkənin işçi qüvvəsi hazırda 47 milyon nəfərdir, lakin tezliklə artım dayanacaq və bu, almanların daim yaxşılaşan həyat səviyyəsinin sonu olacaq. Vurğulanıb ki, iqtisadi artımı indiki səviyyədə saxlamaq üçün ölkəyə hər il 400 min yeni işçi lazımdır. Eyni zamanda, miqrasiya bu problemi həll etməyib. İmmiqrasiya dalğası zamanı gələn qaçqınların yalnız yarısı beş ildən sonra iş tapa bilib. “Bloomberg”in proqnozlarına görə, ölkə iqtisadiyyatının ümumi artımı çətin ki, on il ərzində 1%-i keçsin. “Almaniya qarşıdakı on il ərzində bütün Qərb ölkələrindən daha böyük demoqrafik azalma ilə üzləşəcək” – deyə agentliyin məlumatında bildirilib.
Teqlər:
"Avropa iqtisadiyyatının lokomotivi təhlükə altındadır"