Menyu

Nyu-yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb

Nyu-yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb

Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu-Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.

"Operativ Media" xəbər verir ki, Nyu-York ABŞ-nin digər şəhərlərilə müqayisədə yanğınlardan daha çox təsirlənib. Qırmızı hava xbərdarlığı elan olunub. Şəhərdə görmə məsafəsi azalıb, sakinlər tibbi maskaların istifadəsinə üstünlük verib. Səhiyyə rəsmiləri şəhər sakinlərini açıq hava fəaliyyətini məhdudlaşdırmağa çağırıb. Müraciətdə qeyd olunur ki, meşə yanğını tüstüsünün tərkibində PM2.5 adlı çox kiçik, lakin çox təhlükəli hissəcik var. Bu hissəcik nəfəs aldıqda, ağciyərlərin dərinliyinə daxil ola və qanla qarışa bilər. Nyu-York şəhər meriyası hava keyfiyyəti xəbərdarlığı edib. Şəhərdəki təhsil ocaqlarında açıq hava tədbirləri ləğv edilib, hava limanlarında uçuşlar ləngiyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər