Menyu

Kaxovka bəndinin dağılmasından sonra ilk ölüm halları qeydə alınıb

Kaxovka bəndinin dağılmasından sonra ilk ölüm halları qeydə alınıb

Kaxovka su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətini su basması nəticəsində ölənlər var.

"Operativ Media" xəbər verir ki, bu barədə Xerson vilayətinin Oleşek şəhər administrasiyası məlumat yayıb. Məlumata görə, şəhərdə daşqın nəticəsində artıq 3 nəfər həlak olub. Rəqəmin artacağı ehtimal edilir. Həmçinin vurğulanıb ki, Oleşek şəhərinin 90 faizi su altında qalıb, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatır. Sakinlərin təxliyəsi, axtarış-xilasetmə işləri ilə parallel aparılır. Bölgədə əsl ekoloji fəlakət hökm sürür. Anbarda suyun azalmasından sonra minlərlə balığın ölməsi görüntüləri yayılıb.

Teqlər:

"Kaxovka bəndinin dağılmasından sonra ilk ölüm halları qeydə alınıb"

Əlaqəli Xəbərlər