Fələstinlilərlə İsrail qüvvələri arasında toqquşma olub
Gecə boyunca İordan çayının qərb sahilində fələstinli gənclərlə İsrail qüvvələri arasında toqquşmalar davam edib.
"Operativ Media" xəbər verir ki, İsrail ordusu ötən ilin noyabrında Yerusəlimdə terror aktı törətməkdə şübhəli bilinənlərin evinə basqın etdiyini açıqlayıb. Lakin fələstinli gənclər təkərləri və zibil qutularını yandıraraq yolları bağlayıb. Məlumata görə 6 gənc müxtəlif dərəcəli xəsarətlər alıb. İsrail ordusu terrorçuların Ramallahda gizləndiyini, onların təhlükəsizlik üçün hələ də potensial risk olduğunu açıqlayıb və fələstinli gənclərdən yolu açmağı tələb edib.
Teqlər:
"Fələstinlilərlə İsrail qüvvələri arasında toqquşma olub"