http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiqi vacibdir - Məhərrəm Əliyev

08 İyun 2023 , 12:34
Sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiqi vacibdir - Məhərrəm Əliyev

Son illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, sərhəd cinayətkarlığının yeni növ və formalarının meydana çıxdığını, coğrafiyasının genişləndiyini müşahidə edirik ki, bu da öz növbəsində sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiq edilməsinin aktuallığını şərtləndirir.

"Operativ Media" xəbər verir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.

"Bununla bağlı olaraq baş verən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsində kompleks və effektiv yanaşma beynəlxalq terrorizm, separatçılıq, transsərhəd cinayətkarlıq, o cümlədən qanunsuz miqrasiya, narkotik və digər qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitələrdir.

Bununla əlaqədar olaraq sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti altındadır. Son 20 il ərzində dövlət başçısı qırx dəfədən artıq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub", - o deyib.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu