http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İcra nümayəndəsi, bələdiyyə sədrləri və daha bir neçə vəzifəli şəxs cərimələnib

08 İyun 2023 , 14:46
İcra nümayəndəsi, bələdiyyə sədrləri və daha bir neçə vəzifəli şəxs cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Nazirlikdən "Operativ Media" -ya verilən məlumata görə, iyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində “Sərin Meşə” adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

OXŞAR XƏBƏRLƏR
TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Ursula Fon der Lyayen COP29-a dəvət olunub
  • Dünən
    23:27

    Haqsız reklam edənləri hansı cəzalar gözləyir?
  • Dünən
    23:21

    Ukraynanın iki bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    23:03

    İsrail HHQ Hizbullahın PUA bazasına hücum edib
  • Dünən
    22:48

    ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb
  • Dünən
    22:34

    Türkiyə prezidenti Yeni Zelandiyanın XİN rəhbərini qəbul edib
  • Dünən
    22:20

    Blinken: Çin Rusiyaya yardımı dayandırmasa, ABŞ tədbir görəcək
  • Dünən
    22:07

    Muxtar Babayev COP28-in BƏƏ prezidenti və braziliyalı nazirlə görüşüb
    Muxtar Babayev COP28-in BƏƏ prezidenti və braziliyalı nazirlə görüşüb
Menyu