Kriştiano Ronaldo futboldan gedəcəyi tarixi açıqladı

Əziz Əzizli
Kriştiano Ronaldo futboldan gedəcəyi tarixi açıqladı

“Əl Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo hələ yaşıl meydanlarla vidalaşmağa hazır görünmür.

"Operativ Media" xəbər verir ki, futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Kriştiano Ronaldo gələcəyi ilə bağlı açıqlamalar verib.

38 yaşlı portuqaliyalı superulduz hələlik yaşıl meydanlarla vidalaşmaq fikrində olmadığını vurğulayıb. Ronaldo gələcəkdə futbol klubu almağı planlaşdırdığını da bildirib.

Jurnalistlərə açıqlama verən Ronaldo, "Təqaüdçü olmağı düşünmürəm. Ən azı 2-3 il daha futbol oynamaq istəyirəm. Gələcəkdə komandaya sahib olmaq istəyirəm" deyib.

Portuqaliyalı futbolçu sabiq komanda yoldaşı Kərim Benzemanın "Əl İttihad"a transferini də  dəyərləndirib: "Benzemanın Səudiyyə Ərəbistanına gələcəyini bilirdim. Buraya ulduz futbolçuların gələcəyini demişdim. Səudiyyə Ərəbistanı liqası dünyada ilk 5 liqa arasında olacaq".

Ulduz futbolçu bu mövsüm "Əl Nəsr" forması ilə bütün turnirlərdə cəmi 19 matçda iştirak edib. Ronaldo bu 19 matçda 14 qol vurub və iki məhsuldar ötürmə edib.

 Təcrübəli futbolçu 14 qolun hamısını Səudiyyə Ərəbistanı Pro Liqasında imza atıb.

Digər xəbərlər