"Səbail" yeni futbolçu ilə gücləndi

Əziz Əzizli
"Səbail" yeni futbolçu ilə gücləndi

"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, paytaxt təmsilçisi son olaraq "Sumqayıt"da çıxış etmiş Rüfət Abdullazadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilə gələn mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Yusif Nəbiyev və Süleyman Əhmədovu da transfer edib.

Digər xəbərlər