İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib
İranda bir din xadimi heyvanlara, xüsusən itlərə olan sevgisinə görə gündəmə gəlib.
"Operativ Media" xəbər veri ki, Seyid Mehdi Təbətəbai adlı ilahiyyatçı sahibsiz itləri öz təşəbbüsü ilə dini mərkəz kimi tanınan Qum şəhərində yaratdığı sığınacağa yığıb. Heyvanlara qayğı göstərən din xadimi sosial şəbəkələrdə iranlı gənclərin sevgisini qazanıb. Onun izləyicilərinin sayı yüz mini keçib. Lakin digər mollalarla Seyid Təbətəbainin arası dəyib. Onlar pak sayılmayan itlərə toxunduğuna görə Təbətəbaini məscidə buraxmayıblar. İlahiyatçı sığınacaqda adi paltarlarla itlərə qayğı göstərib, məscidə dini libasda gəlsə də yenə tənqidlərlə üzləşib. Qeyd edək ki, mollalar ictimai yerlərdə insanların itlərlə gəzməməsi üçün Parlamentə təzyiq edir. Lakin İranda hələlik belə qanun qəbul edilməyib.
Teqlər:
"İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib"